Zoologiya İnstitutunda rusiyalı alimin Ural ərazisində aparılan tədqiqatlarla bağlı məruzəsi dinlənilib 24.09.2019 15:22 / KONFRANSLAR, İCLASLAR

Rusiya Elmlər Akademiyasının (REA) Ural bölməsinin Bitki və Heyvanların Ekologiyası İnstitutunun əməkdaşı, biologiya elmləri doktoru, professor Vladimir Verşinin AMEA-nın Zoologiya İnstitutunda olub.

İnstitutda təşkil olunan elmi seminarda o, Ural ərazisində urbanizasiyanın landşaftlarda canlılara göstərdiyi təsir və baş verən dəyişikliklərə dair məruzə ilə çıxış edib.  Rusiyalı alim təxminən 40 il ərzində bu istiqamətdə aparılan elmi tədqiqatların nəticələri barədə institut əməkdaşlarını məlumatlandırıb.

Mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.