Akademik Vladimir Volobuyevin 110 illiyi AMEA-da qeyd ediləcək 23.09.2019 09:46 / KONFRANSLAR, İCLASLAR

Sentyabrın 27-də sааt 11:00-da AMEA-nın Əsas binasının dairəvi akt zalında görkəmli torpaqşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Vladimir Volobuyevin anadan olmasının 110 illiyi ilə əlaqədar yubiley yığıncağı keçiriləcək.

Tədbir Prezident İlham Əliyev “Akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında” 14 may 2019-cu il tarixli Sərəncamına əsasən təşkil olunacaq.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.