Əlyazmalar İnstitutu “Qisseyi-Yusif” poemasının surətini əldə edib 10.09.2019 12:02 / KONFRANSLAR, İCLASLAR

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov XIII əsrdə yaşamış Azərbaycan şairi Əlinin “Qisseyi-Yusif” poemasının Moskva Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin nadir kitablar fondunda saxlanan əlyazmasının surətini əldə edib.

Son vaxtlara qədər araşdırmadan kənarda qalan bu nüsxə 1832-ci ildə Sankt-Peterburqda daha qədim bir əlyazmadan köçürülüb.

Poemanın digər nüsxələri ilə müqayisədə daha mükəmməl olan bu əlyazma 5028 misradan ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.