AMEA ilə Bolqarıstan Elmlər Akademiyasının institutları arasında əməkdaşlıq memorandumu imzalanıb 09.09.2019 17:43 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Fəlsəfə İnstitutu Bolqarıstanın Elmlər Akademiyasının Bilik və Cəmiyyətin Araşdırılması İnstitutu ilə əməkdaşlıq edəcək.

Bolqarıstanın Varna şəhərində səkkiz ölkənin iştirakı ilə “Müasir fəlsəfə: Avropa və Qara dəniz ölkələrində mədəni, təhsil və elmi siyasət” adlı II beynəlxalq elmi konfrans keçirilib. Tədbir Bolqarıstan Elmlər Akademiyasının 150 illiyinə həsr olunub.

Konfransın ilk günü AMEA-nın Fəlsəfə İnstitutu və Bolqarıstan Elmlər Akademiyasının Bilik və Cəmiyyətin Araşdırılması İnstitutu arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.