Qızılağac körfəzində tədqiqatlar davam edir 07.08.2019 16:47 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Qızılağac körfəzinin müasir dövrdə morfoloji, hidrometeoroloji və hidrokimyəvi şəraiti öyrənilir.

Tədqiq olunan ərazidə dərinlik üzrə ölçmə işləri aparılıb, səth suyundan və dib çöküntülərindən nümunələr götürülüb, axın sürətinin, səth suyunun və havanın temperaturu ölçülüb. Həmçinin kiçik və böyük körfəzlər arasında mübadilə kanallarının (su axıdılan, qəza və balıq keçən) vəziyyəti və dənizin səviyyə durumu haqqında məlumatlar toplanıb və arxivləşdirmə işləri yerinə yetirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.