Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi Neft-Kimya Prosesləri İnstitutunda qeyd olunub 15.07.2019 09:17 / KONFRANSLAR, İCLASLAR

Ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də ilk dəfə olaraq Azərbaycanda siyasi rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda tədbir keçirilib.

İnstitutun direktoru, akademik Vaqif Abbasov tədbirdə çıxış edərək Heydər Əliyevin dahi, uzaqgörən, müdrik siyasətçi olduğunu, müasir Azərbaycanın yaradıcısı olduğunu qeyd edib. Həmçinin Heydər Əliyevin dünya siyasətində mövqeyi, ölkənin bugünkü uğurlarında onun siyasətinin rolu şərh olunub. Bu gün uğurla davam edən Heydər Əliyev siyasətinin xalqa, dövlətə gətirdiyi nailiyyətlər faktlara təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Heydər Əliyevin böyük siyasətini uğurla davam etdirdiyi diqqətə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.