Qafqazşünaslıq İnstitutu elmi əlaqələrini genişləndirir 11.07.2019 09:39 / KONFRANSLAR, İCLASLAR

İordaniya Haşimilər Krallığının parlamentinin deputatı Mustafa Əl-Xasavneyin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Qafqazşünaslıq İnstitutunda olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı qonaqlarla görüşdə rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti haqqında danışıb, İordaniya-Azərbaycan münasibətlərindən bəhs edib.

Qonaqlar Qafqazşünaslıq İnstitutu ilə elmi əlaqələrin genişlənməsində maraqlı olduqlarını bildiriblər.

Sonra onlar AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.