“Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi” kitabı işıq üzü görüb 10.07.2019 13:55 / KONFRANSLAR, İCLASLAR

İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi” kitabı çap olunub.

Vəsait ümummilli liderin birinci dəfə Azərbaycan rəhbərliyə gəlişinin 50 illiyinə həsr edilib. Əsərdə Azərbaycanda tənəzzüldən tərəqqiyə yüksələn 50 illik (1969-2019-cu illər) çətin yolun sosial-iqtisadi nəticələri təhlil olunub.

Müəllif ön sözdə qeyd edir ki, H.Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafelərini müdafiə və təmin edən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə onu düşdüyü ağır vəziyyətdən çıxara bilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.