“Web of Science” platformasına dair növbəti maarifləndirici seminar keçirilib 11.06.2019 14:01 / KONFRANSLAR, İCLASLAR

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə “Clarivate Analytics” agentliyinin “Web of Science” məlumat platformasından istifadənin təkmilləşdirilməsinə dair növbəti maarifləndirici seminar keçirilib.

Seminarda AMEA-nın ƏdəbiyyatDilçilik institutlarının əməkdaşları iştirak ediblər.

Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbiri “Clarivate Analytics” agentliyinin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti Varvara Sosedova açaraq “Web of Science” elmi analitik bazası, platformanın imkanları, burada mövcud olan jurnallar, axtarış sorğusunun tərtib edilməsi, köməkçi vasitələrdən istifadə (EndNote), məqalələrin xülasəsinin hazırlanması barədə məlumat verib.

Bundan əlavə, platformada tədqiqatçı profilinin yaradılması, o cümlədən saxta elmi jurnallar və onların aşkarlanması məsələsinə toxunub.

Çıxışdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, geniş müzakirələr aparılıb.

Qeyd edək ki, agentlik tərəfindən iyunun 14-dək AMEA-nın İctimaiHumanitar Elmlər bölmələrinin müəssisələri üçün mütəmadi seminarlar keçiriləcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.