Azərbaycanlı alimlərin məqaləsi impakt faktorlu jurnalda dərc olunub 11.06.2019 12:09 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın vitse-prezidenti, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevin və həmin institutun əməkdaşı, k.e.d. Dünya Babanlının müəllifi olduğu məqalə "Clarivate Analytics" beynəlxalq bazasında referatlaşdırılmış impakt faktoru 3.779 (CA) olan "Journal of Alloys and Compounds"da dərc olunub.

"Tl-S-I üçlü sistemində faza tarazlığı və Tl6SI4 və TlS birləşmələrinin elektrik xüsusiyyətləri" adlı məqalədə rentgen difraksiya və diferensial termiki analizləri ilə Tl-S-I üçlü sistemində faza tarazlığı tədqiq edilib. Eksperimental nəticələrə əsasən beş izoplet kəsik, proyeksiyanın likvidus səthi və otaq temperaturunda izotermiki kəsik qurulub. TlS və Tl6SI4 kristallarının dəyişən və sabit elektrik cərəyanı sahəsində elektrik xassələri 120-300 temperatur intervalında və 50 kHz - 35 MHz tezlikdə öyrənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.nizamimuseum.az saytına istinad zəruridir.