Akademik Asəf Hacıyev Çində keçirilən beynəlxalq konfransda iştirak edib 07.06.2019 15:24 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev Çinin Honkonq şəhər Universitetində keçirilən "Etibarlıq nəzəriyyəsinin riyazi modelləri – 2019" beynəlxalq konfransında iştirak edib.

25 ölkədən 300-dən çox alimin qatıldığı tədbirdə A.Hacıyev məruzə ilə çıxış edib, enerji borularının etibarlılığını qiymətləndirmək üçün yeni statistik yanaşma modelini təklif edib.

Alim, həmçinin universitetin prezidenti, professor Vay Kuo, professorlar - Houmin Yan və David Çenqlə görüşüb. Görüşdə universitetlə AMEA və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib, o cümlədən buradakı qrantlar haqqında məlumat verilib, azərbaycanlı alim və tələbələrin belə qrantlardan istifadə etmə yollarından danışılıb.

Görüş zamanı professor Vay Kuo yeni çapdan çıxmış “Amerikanın təcrübəsi Çinin ali təhsilində” kitabını akademikə təqdim edib.

Qeyd edək ki, növbəti konfrans 2020-ci ildə ABŞ-ın Corc Vaşinqton Universitetində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.