“Təbii və texnogen risklərin minimallaşdırılması və yeniliklər” mövzusunda I Avrasiya konfransı keçirilib 30.05.2019 15:22 / KONFRANSLAR, İCLASLAR

Akad. H.Əliyev adına Coğrafiya İnstitutu, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi və AMİR Texnoloji Xidmət MMC-nin birgə təşkilatçılığı ilə Bakıda “Təbii və texnogen risklərin minimallaşdırılması və yeniliklər” mövzusunda I Avrasiya konfransı keçirilib.

Tədbirin məqsədi Avrasiya qitəsində təbii və texnogen risklər sahəsindəki problemlərin minimuma endirilməsi üçün fikir və təcrübə mübadiləsi aparmaq, təkliflər hazırlamaq, elmi tədqiqat institutları və akademik qurumların enerji məsələləri ilə məşğul olan sənaye sahələri ilə əməkdaşlığı və qarşılıqlı anlaşmanı inkişaf etdirmək və BMT çərçivəsində 2015-2030-cu illərdə fəlakət riskinin azaldılması üzrə "Minilliklərin çağırışı" və Senday (Yaponiya) proqramını dəstəkləmək olub.

Konfransda Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Azərbaycanın dağlıq regionlarında təbii fəlakətlər və GİS xəritələşməsi”, coğrafiya üzrə fəlsəfə doktoru Natavan Cəfərova isə “Təbii və texnogen fəlakətlərin minimallaşdırılmasında kosmik texnologiyalardan istifadənin tətbiqi” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.