Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub 29.05.2019 09:35 / KONFRANSLAR, İCLASLAR

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 26-da keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

İmtahanda 8559 bakalavr iştirak edib, 54 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə görə, 1 nəfər ən yüksək nəticə göstərib - 147 bal toplayıb. Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.

İmtahanda iştirak etmiş bakalavrlar mərkəzin İnternet saytında öz nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. 

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 7-dən 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.