Amerikalı tədqiqatçı Folklor İnstitutunun qonağı olub 15.05.2019 17:23 / KONFRANSLAR, İCLASLAR

Mayın 15-i ABŞ-ın Koastal Karolina Universitetinin Tomas V. və Robin V.Edvards adına Humanitar və İncəsənət kollecinin dosenti Anna Oldfild AMEA-nın Folklor İnstitutunda olub.

Qonağı salamlayan institutun direktoru, akademik Muxtar İmanov Azərbaycan-Amerika folklor əlaqələrindən bəhs edib, institutda bu istiqamətdə aparılan tədqiqatlarla bağlı məlumat verib.

Anna Oldfild artıq beşinci dəfədir Azərbaycana gəldiyini, ölkəmizin tarixi, ədəbiyyatı, folkloru, musiqisi ilə dərindən maraqlandığını bildirib. O, xüsusən dastanşünaslıq və aşıq sənətinə böyük maraq göstərdiyini vurğulayıb.

Görüşdə iki qurum arasında elmi əlaqələrin qurulmasının zəruriliyi qeyd edilib.

Sonda qonağa institutun nəşrləri təqdim olunub.

Görüşdə institutun Xarici əlaqələr sektorunun müdiri Əli Şamil və fil.ü.f.d., dos. Sönməz Abbaslı da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.