Əsas fəaliyyət istiqamətləri |
- Rəsədxananın Təhsil şöbəsi fəlsəfə doktoru, elmlər doktoru və magistratura programları üzrə yüksəkixtisaslı elmi və elmi-pedagoji kadrların hazırlanmasını təşkil edir.
- AMEA Rəyasət Heyətinin Elm və Təhsil şöbəsi ilə əlaqələndirir və lazımi sənədlərin təqdim olunmasını təmin edir.
- Təhsil şöbəsi magistrların, doktorant və dissertantların, gənc alimlərin institut, respublika və beynəlxalq səviyyəli proqram və lahiyələrdə iştrakının təmin olunmasına dəstək göstərir və tövsiyələr verir.
- Doktorant və dissertantların sənədlərinin, referatlarının qəbulunu, fərdi iş planlarının hazırlanmasını təşkil edir.
- İxtisas fənni üzrə qəbul, doktorluq imtahanlarının keçirilməsini, doktorant və dissertantların attestasiyasını təşkil edir.
- Magistrlərin tədris prosessini təşkil edir və nəzarətdə saxlayır, magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasını təmin edir.
- Doktorantların, dissertantların elmi fəaliyyətinin və attestasiya nəticələrinin təhlilini, monitorinqinin aparılmasını və hesabatların hazırlanmasını həyata keçirir.
- Təhsil şöbəsinin müdiri şöbənin fəaliyyəti ilə bağlı ildə bir dəfə institutun Elmi şurasına hesabat verir.
|