Tel. (+994 12) 5389389;(+994 50) 3589155 
Faks  
Elektron poçtu

asadulla.jafarov@gmail.com

Struktur bölmənin rəhbəri

tarix elmləri doktoru

Əsədulla Qüdrət oğlu Cəfərov  

İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

1. Azərbaycan ərazisində daş dövrü abidələrinin arxeoloji tədqiqi. Dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrində aparılan arxeoloji tədqiqatlar zamanı Quruçay, qədim aşel, orta aşel, son aşel, üst paleolit, arxeoloji mədəniyyətlərinə aid 1 milyondan artıq fauna qalıqları və daş məmulatı tapılmışdır. Azıx paleolit düşərgəsi dünyada hələlik yeganə paleolit düşərgəsidir ki, burada ibtidai insanların məskunlaşma tarixinin 2,5 milyon ildən başlayıb son 15 min illərə qədər ki keçdiyi inkişaf mərhələlərini tədqiq etmək mümkün olmuşdur. 2001-2005-ci illərdə Ə.Q.Cəfərovun rəhbərliyi altında Avropa alimləri ilə aparılmış Beynəlxalq İNTAS-2000 proqramı əsasında ibtidai insanların miqrasiya prosesləri öyrənilmiş və arxeoloji mədəniyyətlərin ayrı-ayrı xüsusiyyətləri tədqiq olunmuşdur.

2. Qobustan abidələrinin arxeoloji tədqiqi 
Əsas elmi nəticələri

1. Aparılan arxeoloji tədqiqatlar nəticəsində respublikamızın ərazisində 8 mağara düşərgəsi və 20-dən artıq açıq paleolit abidələr qeydə alınmışdır.

2. Qobustan ərazisində üst paleolit, mezolit, neolit, tunc və orta əsrlərə aid abidələri öyrənilmişdir.