Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Adil Rüstəm oğlu Əliyev
Biologiya üzrə fəlsəfə doktoru 
İşçilərin ümumi sayı 16 
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyada Xəzər dənizində və Azərbaycanın daxili su hövzələrində (çaylar, göllər, axmazlar, su anbarları, bulaqlar və s.) formalaşan hidrobiontların (balıqlar və onurğasız heyvanlar) növ tərkibi, miqdarı, yayılması, su hövzələrinin  həyatında rolu, onların bioloji sərvətlərindən səmərəli istifadə edilməsi, rolu onların məhsuldarlıqlarının artırılması üçün effektli metodların işlənib hazırlanması və su hövzələrinin qorunması yollarının müəyyən edilməsi üzrə tədqiqatlar aparır. Tədqiqatlarda balıqların yem bazasının araşdırılmasına, istifadəsiz yem obyektlərinin müəyyən edilməsinə, onlardan səmərəli istifadə olunmasına, balıqçılıq əhəmiyyətli su tutarlarında balıq ovu üzrə proqnozların hazırlanmasına, əhəmiyyətli onurğasız heyvan növlərinin (zəli, xərçəng, molyuska və s.) müəyyənləşdirilmə¬sinə, onların çoxaldılması biotexnologiyalarının elmi əsaslarının işlənib hazırlanmasına, ekoloji şəraitin dəyişməsindən asılı olaraq hidrobiontların (xüsusilə balıqlar və ali xərçənglər) morfologiyasında, biologiyasında, etologiyasında və yayılmasında baş vermiş dəyişikliklə¬rin araşdırılmasına xüsusi diqqət verməyi planlaşdırır.
Əsas elmi nəticələri Hazırda respublikamızın daxili su hövzələrinin və Xəzər dənizinin əsas ekoloji qrupları demək olar ki, hərtərəfli tədqiq edilmişdir. Respublikamızın şirin su hövzələrindən indiyə qədər 34 sistematik qrupa mənsub olan 2000-dən çox onurğasız heyvan növləri (bunların 600-dən çoxu birhüceyrəli heyvanlardır), 1 növ dəyirmiağızlı, 67 növ və yarımnöv balıq qeydə alınmışdır (N.Mustafayev). Qeydə alınan növlərin arasında 30 növ infuzor (A.Əliyev), 2 növ amfipod (R.Əliyev) və 1 növ xironomid sürfəsi (Ə.Qasımov) elm üçün ilk dəfə təsvir olmuşdur. 2 növ balıq isə ixtiofaunamızın tərkibində ilk dəfə qeydə alınmışdır (N.Mustafayev).

Xəzər dənizindən 1150 növ birhüceyrəli və onurğasız heyvan növləri, 1 növ dəyirmiağızlı, 81 növ və yarımnöv balıq (Ə.Qasımov, 2004) qeydə alınmışdır. Qeydə alınan heyvan növlərinin arasında infuzorlar (460 növ) və xərçəngkimilər (312 növ) fərqlənirlər. Xəzər faunasında 1 cins 23 növ infuzor (F.Ağamalıyev), 8 növ ostrakod (H.Fərəcov), 4 növ kum xərçəngləri (A.Derjavin) və 11 növ amfipod (A. Derjavin) elm üçün yeni olmuşdur.