Tel. (+994 12) 5810476 
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Barat Əbdül oğlu Əhmədov  

Biologiya üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı 29 
Əsas fəaliyyət istiqamətləri  Mərkəzin əsas elmi istiqamətləri təsərrüfat əhəmiyyətli növlərin müasir vəziyyəti, zərərverici növlərə qarşı inteqrir mübarizə yollarının araşdırılması, səmərəli entomofaqların və nadir növlərin süni şəraitdə çoxaldılma üsullarının və s. kimi məsələlərin həllindən ibarətdir.
Əsas elmi nəticələri Respublikanın su hövzələrində sayı kəskin azalmış tibb zəlisinin ilk dəfə olaraq kütləvi çoxaldılma üsulu işlənilmiş və 700-dək balalar alınaraq Mingəçevir elmi-təcrübə stansiyasina məxsus xüsusi gölməçəyə buraxılmışdır.

Nadir quşlardan olan Qafqaz və Zümrüdü qırqovulların otaq və yarımsərbəst (volyer) şəraitdə çoxaldılması müqayisəli tədqiq edilmiş, onların kütləvi çoxaldılması üçün optimal variantlar əldə olunmuşdur.Hazırda təcrübələrin nəticəsi olaraq 50 bala (3-4 aylıq) bəslənilir.

İlk dəfə olaraq qərzəkli-meyvəli bitkilərdən findıq və qoz zərərvericiləri, onların entomofaqları əraflı tədqiq olunmuş, fındıq bitkisi üzərindən 17 fəsiləyə aid 30 növ zərərverici və 12 növ entomofaq, qoz bitkisindən isə sərtqanadlılara aid 5 növ, kəpənəklərə aid 4 növ, bərabərqanadlılar dəstəsinə aid 4 növ zərərverici və 13 növ entomofaq qeydə alınmışdır.

Kənd təsərrüfatı bitkilərinin, o cümlədən, pambığın qorxulu zərərvericisi olan pambıq sovkasının Neftçala və Ağdaş rayonlarında müasir vəziyyəti araşdırılmış, fenoloji baxımdan müqaisə olunmuşdur.

Səmərəli entomofaq olan habrobrakon hebetor parazitoidi laboratoriya şəraitində pambıq sovkasi ilə yanaşı digər zərərvericilər (nar meyvəyeyəni, qoz meyvəyeyəni, mum güvəsi və s.) üzərində də sınaqdan çıxarılır.

İlk dəfə olaraq aqrosenozda pambıq bitkisinə ziyan vuran yeni bir gəlmə növün kütləvi yayıldığı qeydə alınmIşdIr (pambIq yarpaqbükən odlucasI: Syllepte derogota). Hazırda onun biologiyası araşdırılır.

Kartofun ciddi zərərvericisi olan kolorado böcəyinə qarşi səmərəli nematod olan Steinernema feltiae laboratoriya şəraitində mum güvəsi sürfələri və suni qida (it yemi) üzərində çoxaldılaraq, müxtəlif dozali insektisidlərə qarşı dözümlülüyü araşdırılmış və onun Arrive-çipersan maddəsinin 0,02 -0.03%-li məhlulu ilə birgə tətbiqinin daha səmərəli olduğu müəyyənləşdirilmişdir.

İlk dəfə olaraq Gədəbəy rayonunda (Novoivanovka kəndi) kolorado böcəyinin imaqosunda Mermitidae fəsiləsinin Hexamermis cinsinə aid nematod qeydə alınmışdır. İmaqolarin yoluxma ekstensivliyi 66,7% olduğu müəyyənləşdirilmişdir.

İlk dəfə olaraq Azərbaycanın şərq ərazilərində su ilanının (Natrix tesselota) morfoloji, bioekoloji və yaşayış şəraitinə adaptasiya xüsusiyyətləri araşdırılmış, onun 28 morfu müəyyənləşdirilmişdir.

Nar bitkisi üzərində Bərabərqanadlılar dəstəsinə mənsub 3 növ (Aphis punicae P., Ceroplastes japonicus G., Pseudococcus comstocki K.) Uzunbığ böcəklər fəsiləsinə aid 2 növ (Gracilia minuta F., Tricoferus fasciculatus F.) zərərverici və nar mənənəsi ilə qidalanan Coccinellidae fəsiləsinə məxsus 15 növ yırtıcı aşkar olunmuşdur.

“Bioloji proseslərin dinamik riyazi modellərinin yaradılması” mövzusu üzrə Exinokokkozun insan və gövşəyən ev heyvanları arasında yayılmasının, hörümçəkkimilərin - əqrəb (Scorpiones), böv (Solifugae) və hörümçək-tarantul (Aranei), rəqabətli qidalanma şəraitində say dinamikasının və yaşıl palıd yarpaqbükəninin say dinamikasının riyazi modelləri hazırlanmışdır.

Əməkdaşlar tərəfindən bu müddət ərzində 1 dərs vəsaiti, 1 kitabça, 27 elmi əsər çap etdirilmiş, 32 elmi əsər çapa təqdim olunmuşdur. əsərlərin 70%-dən çoxu xarici nəşriyyatlarda çap olunmuşdur.

Əməkdaşlar tərəfindən bu müddət ərzində (2 il) 1 qrant layihəsi həyata keçirilmiş, müxtəlif beynəlxalq konfranslarda iştirak edilmiş və beynəlxalq ezamiyyətlər həyata keçirilmişdir.