Veb-sayt www.botany.az  
Ünvan AZ1004, Azərbaycan Respublikası, Bakı ş., Badamdar şossesi 40
Tel. (+994 12) 5024394
Faks (+994 12) 4970994
Elektron poçtu vm_alizade@yahoo.com
Direktor

Akademik Validə Mövsüm qızı Əlizadə

Xidməti tel.: (+994 12) 5024321, (+994 12) 4970994

Faks: (+994 12) 5024172

E-poçt: direktor@botany.science.az,

vm_alizade@yahoo.com

Direktor müavinləri Elmi işlər üzrə

Eldar Novruz oğlu Novruzov

Biologiya üzrə elmlər doktoru

Xidməti tel.: (+994 12) 5024330

E-poçt: eldar_novruzov@yahoo.co.uk

Ümumi işlər  üzrə

İmran Əliheydər oğlu Babayev

Xidməti tel.: (+994 12) 5024875

E-poçt: imran_babayev@hotmail.com

Elmi katib Xuraman Cabbar qızı Xəlilova

Biologiya üzrə fəlsəfə doktoru

Xidməti tel.: (+994 12) 5024480

Mobil tel.: (+994 50) 5523820

Faks: (+994 12) 4970994

E-poçt: xuraman.xelilova@gmail.com

Yaranma tarixi  Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu Azərbaycan Respublikasında bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəzdir. 1936-cı ildə keçmiş SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsi əsasında təşkil olunmuşdur. İlk direktoru İnstitutun təşəkkül tapmasında böyük rolu olmuş görkəmli botanik, Qafqaz florasının məşhur tədqiqatçısı, SSRİ Dövlət mükafatı laureatı, akademik A.A.Qrossheym olmuşdur. Sonrakı dövrlərdə İnstituta akademik M.H.Abutalıbov (1947-1950; 1962-1978), akademik H.Ə.Əliyev (1950-1952), b.e.d. Ş.Ö.Barxalov (1952-1957), akademik V.C.Hacıyev (1988-2008), müxbir üzv S.H.Musayev (2008-2010) rəhbərlik etmişlər. Hal-hazırda Botanika İnstitutunun direktoru V.M.Əli-zadədir (2010-cu ildən). Onlardan əlavə, İnstitutun tanınmasında həmçinin görkəmli akademik və professorlar – V.Tutayuq, V.Ulyanişev, İ.Karyagin, Q.Axundov, L.Prilipko, R.Rzazadə, İ.Səfərov, C.Əliyev, R.Əsgərova, N.İsmayılov və başqalarının çox böyük rolu olmuşdur. İnstitutun fəaliyyəti dövründə 8 cildli “Azərbaycan florası”, 7 cildli “Qafqaz florası”, “Qafqaz şibyə florası”, 4 cildli “Azərbaycan mikoflorası”, “Böyük Qafqazın yüksək dağ bitkiliyi”, 2 cildli “Azərbaycanın otlaq və biçənəklərinin yem bitkiləri”, 3 cildli “Azərbaycanın ağac və kol bitkiləri”, “Azərbaycanın Qırmızı və Yaşıl kitablarına tövsiyə olunan bitki və bitki formasiyaları”, “Azərbaycanın alkoloidli bitkiləri”, “Bitkilərin fotosintez fəaliyyəti, mineral qidalanması və məhsuldarlığı”, “Azərbaycanın torpaq-bitki örtüyündə stronsium-90 və sezium”, “Bitki karbonhidrazası”, “Fotosintez və soya məhsulu”, “Bitkilərin mineral qidalanması”, 2 cildli “Bitki fiziologiyası” və s. kimi fundamental monoqrafiyalar, kitablar, terminoloji lüğətlər və minlərlə dəyərli əsərlər dərc olunmuşdur. Son 20 ildə İnstitut əməkdaşlarının 50-yə yaxın kitabı, o cümlədən “Azərbaycanın Qırmızı Kitabı” çapdan çıxmışdır. 
Əsas fəaliyyət istiqamətləri Bitkilərin biomüxtəlifliyinin müasir vəziyyəti və dinamikasının qiymətləndirilməsi, ehtiyatların üzə çıxarılması, mühafizəsi və səmərəli istifadəsi, məlumat bazaları və interaktiv xəritələrinin hazırlanması;

Stress və orqanizmlərin yaşadıqları mühit dəyişikliklərinə adaptasiya mexanizmlərinin biokimyəvi, hüceyrə və orqanizm səviyyəsində aydınlaşdırılması, kənd təsərrüfatı əhəmiyyətli bitkilərin məhsuldarlığının yüksəldilməsi.

Əsas elmi nəticələr Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və göbələklərinin daxil edildiyi “Azərbaycanın Qırmızı Kitabı”nın 2-ci nəşri dərc olunmuşdur. Yeni siyahıya daxil edilmiş 300 növün 266-sı ali bitkilərə, 20-si ibtidai bitkilərə və 14-ü göbələk növlərinə aiddir.

İlk dəfə olaraq Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) Qırmızı siyahısının kateqoriya və meyarlarına uyğun qiymətləndirilmiş Azərbaycan florasında mövcud olan 171 endem bitkilər haqqında məlumatlar sənədləşirilmişdir və 50 prioritet endem növ üzrə ətraflı məlumatlar, xəritələr və şəkillər ABŞ-da ingilis dilində “Qafqazın endembitkilərinin qırmızı siyahısı” (2014) adlı nəşr olunmuş monoqrafik əsərdə öz əksini tapmışdır.

İlk dəfə olaraq Pecedanum ruthenicum M.B. və Heracleum pastinacifolium (Apiaceae) növlərinin köklərindən elm üçün yeni 3 bioloji fəal maddə - furokumarin törəməsi (psoroheraklin, peyserutenin və peyceruteninin) fərdi şəkildə alınmış və müasir Spektroskopiya metodları (İnfra-qırmızı, proton maqnit rezonansı, karbon-13 nüvə maqnit rezonansı, NMR Dept 135 və Dept 90) ilə onların quruluş formulları təyin edilmişdir.

Elm üçün yeni Nonea cyanocalix Pop. ex V.Karimov və Nonea bakuensis Pop. ex V.Karimov bitki növlərinin təsviri ilk dəfə olaraq verilmişdir.

Tuberculina Tode ex Sacc. parazit göbələk cinsi növləri transmission elektron mikroskopu ilə tədqiq olunmuş, əhəmiyyətli identifikasiya əlamətləri aşkar edilmişdir.

Ağır metalların Artemisia fragrans növünün Azərbaycanın texnogen çirklənmiş ərazilərində bitən ekotiplərinin müxtəlif hissələrində lokalizasiyası bitkilərin xüsusi tolerantlıq strategiyası kimi müəyyənləşdirilmişdir.

İnstitut əməkdaşları NATO, İUCN, CEPF, INTAS, CRDF, STCU, Volkswagen Stifftung və s. grantlarına layiq görülmüş bir sıra beynəlxalq müştərək layihələrdə iştirak etmişlər:

2004-2005 – «Azərbaycan florasından ağır metalların hiperakkumulyatoru olan bitki növlərinin müəyyənləşdirilməsi və səciyyələndirilməsi»;

2006-2008 – «Ətraf mühitin mühafizəsi: Azərbaycanın bəzi ağac növlərinin göbələk xəstəliklərinin monitorinqi və tədqiqi»;

2006-2009 – «Qafqaz biomüxtəlifliyinin qaynar nöqtəsi üçün bitkilərin Qırmızı Siyahısının qiymətləndirilməsinin koordinasiyası və işlənib hazırlanması»;

2006-2009 – «Neft kəmərinin ekoloji təkmilləşdirməsi üçün yeni yanaşma»;

2007 – «Qafqazda potensial təhlükə altında olan Pyrus növlərinin tədqiqi və qiymətləndirilmə statusu»;

2007-2008 – «Qafqazın Qorunan Ərazilərində bitki saxlanması – Mühüm Bitki Ərazilərinin müəyyənləşdirilməsi»;

2009-2011 – «Azərbaycanda şam ağaclarını məhv edən qabıq böcəkləri (Coleoptera: Scolytidae) ilə assosiasiyada olan göbələklərin molekulyar tədqiqi»;

2010-2012 – «Abşeronun sənaye tullantıları ilə çirklənmiş torpaqlarının bioremediasiyası metodlarının işlənib hazırlanması»;

2011-2013 – «Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması»

2011-2013 – “Abşeronun texnogen çirklənmiş torpaqlarının təmizlənməsi üsullarının işlənilib hazırlanması”

2013-2015 - “Azərbaycanın yabanı bitki növlərinin toplanması”

2014-2015 - “Aral-Xəzər dənizi hövzələrinin azməhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi”

2016-2017 - Azərbaycanda şabalıd ağaclarının (Castanea sativa Mill.) sağlamlıq statusunun qiymətləndirilməsi: şabalıd xərçəngi və assosiasiyada olan göbələklər”

2016-2017 - “Azərbaycanda ağac bitkilərində yayılan unlu şeh göbələklərinin öyrənilməsi və mübahisəli növlərin statusunun təyin edilməsi”

2016-2018 - “Azərbaycanın yabanı bitkilərin toxumlarının toplanması”

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən dəstəklənən:

Biomüxtəlifliyin qorunması: Azərbaycanın nadir və nəsli kəsilməkdə ola bitki və göbələk növlərinin statusunun qiymətləndirilməsi (rəhbər – akad. Validə Əlizadə);

“Kür-Araz ovalığının azmәhsuldar torpaqlarının bәrpası üçün bioloji yanaşmalar” (rəhbər – b.ü.f.d. Tamilla Şirvani);

“Ətraf mühit dəyişməsi və bitki müxtəlifliyinin qorunması” mövzusunda beynəlxalq tədbirin təşkili (rəhbər – b.ü.f.d. Esmira Əlirzayeva);

“Azərbaycanın herbari tip nüsxələrinin Avropa virtual herbari informasiya bazasına daxil edilməsi və tətbiqi” (rəhbər – Aidə Dadaşova)

“Cryphonectria parasitica (Murrill) M.E.Barr. populyasiyasının tərkibinin tədqiqi və bioloji mübarizə üçün ötürülə bilən hipovirulentliyin effektivliyi” (rəhbər - b.ü.e.d. Dilzarə Ağayeva) 2015-2016

“Xəzər dənizi ekosisteminin multidissiplinar tədqiqatları və modelləşdirilməsi” (iştirakçı AMEA-nın Coğrafiya İnstitutu ilə) 2016-2018

“Azərbaycan florasında endem və nadir bitkilərin növ müxtəlifliyinin azalma və itmə təhlükəsinin proqnozlaşdırılması” (rəhbər – akad. Validə Əli-zadə) 2015-2017

“Bəzi perspektivli dərman bitkilərinin fitokimyəvi, neyrofizioloji tədqiqi və bioloji fəal maddələrlə zəngin qida əlavələrinin alınması texnologiyasının hazırlanması” (rəhbər - b.ü.e.d. E.N.Novruzov, iştirakçı AMEA-nın Fiziologiya İnstitutu ilə) 2017-2018

Institut Beynəlxalq bir sıra elmi təşkilatla Memorandum və müqavilələrimzalamışdır:

Free University of Berlin, Hannover və Ştutqart Universitetlərinin Bitki Qidalanması İnstitutları, Marburg Philipps Univers. Farmakoloji Kimya Institutu (Almaniya);

Kyu Kral Botanika Bağı (Böyük Britaniya);

Vyana Təbiət Tarixi Muzeyi (Avstriya);

Fribourg Təbiət Tarixi Muzeyi (İsveçrə);

Andrew W.Mellon Fondu, Missouri Botanika Bağı və Çikaqo Botanika Bağı (ABŞ);

Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İCBA);

Rusiya Elmlər Akademiyasının Ural Bölməsinin Komi Elmi Mərkəzi və Sibir bölməsinin Mərkəzi Sibir Botanika Bağı

Sabançi Universiteti (Türkiyə), Ukrayna EA Botanika İnstitutu

PPC (ABŞ), Bİ (Ukrayna), “Fitokimya” beynəlxalq elmi-istehsalat holdinqi (Qazaxıstan), Hacettepe Universiteti (Türkiyə-Ankara)

Son 5 ildə institut əməkdaşları tərəfindən 6 monoqrafiya, 6 elmi əsərlər toplusu, 28 kitab, 3 kitab fəsli (xarici mətbuatda), 1 xəritə, 750 məqalə (400 yerli, 350 xarici mətbuatda) nəşr olunmuşdur. Həmçinin 5 patent alınmışdır.

İşçilərinin ümumi sayı 213
Struktur bölmələri {sublist}
Elmi şura

-       sədr

-       katib

-       üzvləri

 

Əli-zadə Validə

Novruzov Eldar

Xəlilova Xuraman

Ağabəyli Rəna

Ağayeva Dilzarə

Bayramov Arif

Dadaşova Aidə

Əlirzayeva Esmira

Əzizov İbrahim

Hüseynova İradə

İbadullayeva Səyyarə

Kərimov Vüqar

Qaraxani Pərvanə

Qasımov Xəlil

Quliyev Novruz

Qurbanova İnna

Mehdiyeva Naibə

Muxtarova Şəkər

Səlimov Rəşad

Sərkərov Siracəddin

Süleymanov Səftər

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

_      müavin

-       katib

-       üzvləri

 

Dadaşova Aidə

Cəfərova Aynurə

Mirzəyeva Şəhla

Abbasova Lamiyə

Qasımova Xatirə

İsrafilovа Niyar

Rüstəmov Qədir

Qasımov Tural

Həsənovа Хаnım

Nigar Mürsəl qızı

Zeynalova Aydan

Nuriyeva Samirə

Hüsüyev Emin

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri

 

Əli-zadə Validə

Hüseynova İradə

İbadullayeva Səyyarə

Abdullayev Xanlar

Ağayeva Dilzarə

Allahverdiyev Süleyman

Bayramov Arif

Əzizov İbrahim

Feyziyev Yaşar

Qasımov Xəlil

Quliyеv Nоvruz

Qurbanova İnna

Novruzov Eldar

Məmmədov Ziyəddin

Məmmədov Tərlan

Mehdiyeva Naibə

Mürşüdov Qərib

Sərkərov Siracəddin

Süleymanov Səftər

Şahmuradov İlham

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

Muxtarova Şəkər

Zeynalova Sevil

Nəcəfova Dürdanə

Zeynalova Sevil

Mirzəyeva Şəhla

Abdıyeva Rəna

Nəcəfova Dürdanə

Şıxıyev Ağa

Safquliyeva Tacə

İctimaiyyətlə əlaqələrə məsul şəxs Qurbanova Məhsəti

Elmlər doktorları

Fəlsəfə doktorları