Tel. | (+994 12) 5371897 | |
Faks | (+994 12) 5396121 | |
Elektron poçtu | depart16@iit.science.az | |
Struktur bölmənin rəhbəri | Gülnarə Çingiz qızı Nəbibəyova | |
İşçilərin ümumi sayı | 21 | |
Əsas fəaliyyət istiqamətləri | 1. Terminoloji informatikanın formalaşması problemləri;
2. Sosial medianın formalaşması problemləri; 3. Veb-texnologiyaların problemləri. |
|
Əsas elmi nəticələri | - Xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən sistemin konseptual modeli işlənilmişdir;
- Xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən sistemlərdə verilənlər anbarının konsepsiyası işlənilmişdir; - Qeyri-səlis polikubik OLAP-modeli işlənilmişdir; - Qərarların qəbulunu dəstəkləyən sistemlərdə verilənlər anbarı atributlarının fazzifikasiyası metodları təklif olunmuşdur; - Xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən sistemlərdə ölkələrarası inteqrasiya dərəcəsinin ölçülməsi metodu təklif olunmuşdur; - Terminoloji informatika sahəsində aparılan tədqiqatlar araşdırılmış və onların müqayisəli təhlili aparılmışdır; - Azərbaycanda terminologiya fəaliyyətinə İKT-nin tətbiqinin zəruriliyi əsaslandırılmışdır; - Milli terminoloji informasiya sisteminin konseptual modeli işlənmişdir. Digər fəaliyyət istiqamətləri: - Veb-saytların yaradılması. Şöbə əməkdaşları tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi www.science.gov.az portalı yaradılmış və uzun müddət istismar olunmuşdur. Bundan əlavə, AMEA İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az saytı yaradılmış və istismar olunur. |