Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Şahniyar Mikayıl oğlu Bayramov 
biologiya üzrə fəlsəfə doktoru, dosent
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Quraqlıq və istilik streslərinin birgə təsirindən asılı olaraq karbonun fotosintetik assimilyasiyasında iştirak edən fotosintetik fermentlərin aktivliklərinin gen transkripsiyası səviyyəsində tədqiqi. Metabolik proseslərdə biokatalizator rolunu oynayan fermentlərin tədqiqində onların fizioloji rolunun aydınlaşdırılması ilə yanaşı həm də müxtəlif daxili və xarici amillərin təsirindən tənzimləmə mexanizmlərinin öyrənilməsi.  
Əsas elmi nəticələri Chenopodiaceae fəsiləsinin fotosintezin C4 yoluna aid olan  Salsola dendroides və Suaeda altissima növlərində onların vegetasiyasının aktiv fazasında gün ərzində temperaturunun və işıq intensivliyindən asılı olaraq C4 və C3 siklin əsas fermentlərinin aktivliklərinin dəyişməsi müqayisəli öyrənilmişdir. Fotosintezin C4 yoluna aid olan fermentlərin aktivliklərinin səhər və axşam saatlarında, C3 siklin öyrənilən fermentlərinin aktivliklərinin isə günorta saatlarında daha yüksək olduğu müəyyənləşmişdir.