Tel. (+994 12) 5100141 (+254) 
Faks (+994 12) 5372285 
Elektron poçtu babayev74@gmail.com 
Struktur bölmənin rəhbəri

Babayev Qulam Rüstəm oğlu

Yer elmləri üzrə elmlər doktoru, dosent

İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

- Seysmik rejim, regionun seysmikliyinin fəza-zaman xüsusiyyətlərinin riyazi-statistik metodlarla öyrənilməsi, qiymətləndirilməsi və paylanmasının nəzəri tətqiqi.

- Zəlzələlərin fokal mexanizmlərin interpretasiyası və Qafqazın gərginlik şəraitinin qiymətləndirilməsi (WORLD STRESS MAP).

- Deformasiya proseslərin seysmikliyi ilə əsas qanunauyğunluqlarının əlaqəsinin təyin olunması və qiymətləndirilməsi.

- Palçıq vulkanlarının zəlzələlərlə olan əlaqələrin öyrənilməsi.

- Güclü  zəlzələlərin ətraf mühitdə yaratdığı gərginlik paylanmalarının öyrənilməsi.

- Neft yatağının işlənilməsinin səmərəliyinə seysmik prosesslərin təsirinin qiymətləndirilməsi.

- Seysmik təhlükənin və riskin qiymətləndirilməsi, yeni metodların hazırlanması.

- Mikrotremor tədqiqatları.

- Paleoseysmologiya. Azərbaycan ərazisi üçün ”paleozəlzələlərin” təyin olunması.

Əsas elmi nəticələri

- Seysmik təhlükənin qiymətləndirilməsi modelinə əsasən Abşeron yarımadasının mühüm seysmotektonik xüsusiyyətləri və potensial seysmogen strukturların seysmikliyi təyin edilmişdir.

- Nakamura metodu ilə qrunt xüsusiyyətlərinin Bakı şəhərinin seysmik intensivliyinə təsirinin təyin edilmişdir.

-Abşeron yarımadası üçün ehtimal və deterministik nəzəriyyələrinə əsasən seysmik təhlükə qiymətləndirilmişdir.

- Klaster analizi, Alan faktoru və çoxölçülü qruplaşma metodu vasitəsilə baş verən seysmik hadisələrin ardıcıllığının dinamikasının tədqiq edilmişdir.

- 25 noyabr 2000-ci ildə baş vermiş güclü Xəzər zəlzələsindən əvvəl və sonra Abşeron və Şamaxı-Qobustan ərazilərində yerləşən palçıq vulkanlarının statik və dinamik gərginliklərinin  dəyişiklikləri təhlil edilmişdir.

- Bakı şəhəri ərazisi qruntunun güclü titrəyişlərinin hiss edilən ssenar zəlzələlərin parametrlərinə əsasən modelləşdirilməsi.