Anadan olduğu yer Quba rayonu, Xucbala kəndi
Təvəllüdü 05.05.1946
Bitirdiyi ali təhsil müəssisəsi S.M.Kirov adına Bakı Dövlət Universiteti
Elmi dərəcəsi Kimya elmləri doktoru
Elmi rütbəsi Professor

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad

 


2314.01

Neft kimyası

p-İzopropenilfenolun allil və qlisidil efirlərinin sintezi və onların stirol və malein anhidridi ilə sooliqomerləşməsi

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 


2314.01

Neft kimyası

Reaksiyaya qabil oliqoefirlərin, epoksisooliqomerlərin sintezi və onların səmərəli tətbiq sahəsi

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

236


80

 

20

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 21

Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı


5

Əsas elmi nailiyyətləri

Aparılmış kompleks tədqiqatlar nəticəsində propilen oksidi, C5-fraksiyasının tərkibində olan doymamış karbohidrogenlər əsasında alınan ikiəsaslı turşu anhidridləri, metakril turşusunun qlisidil efiri, stirol və butadien əsasında tərkibi, struktur quruluşu, molekul çəkisi, funksional qrupların təbiəti və miqdarı tənzimlənə bilən yeni, reaksiyaya qabil birgə oliqomerlərin sintezinin elmi əsasları işlənib hazırlanmışdır. Müəyyən edilmişdir ki, belə birgə oliqomerlər yüksək reaksiyaya qabilliklə yanaşı möhkəmlik, adqeziya, dəyişən temperatur şəraitinə, atmosferə, işığa və istiliyə davamlılıq göstəriciləri ilə xarakterizə olunurlar. Buna əsaslanaraq bu birgə oliqomerlərin kompozisiya materiallarının alınmasında bağlayıcı komponent, polimer materialları üçün modifikator kimi səmərəli tətbiq sahələri müəyyən edilmişdir.

Neftin katalitik krekinqi prosesində alınan, zəngin karbohidrogen tərkibinə malik yüngül qazoyl fraksiyası əsasında izolyasiya materialı, iondəyişdirici tərkiblər və penoplastlar kimi geniş tətbiq tapmış fenoformalitlərin birmərhələli üsulla sintezi şəraiti işlənib hazırlanmış, yüksək gərginlikli sahələrdə izolyasiya materialı kimi işlədilməsinin prespektiv olduğu göstərilmişdir.

Ekoloji zərərsiz, sadə, iqtisadi baxımdan səmərəli istehsal və emal texnologiyaları yaratmağa imkan verən, katalitik komponent, katalitik sistem və həlledici kimi istifadə oluna bilən ion mayelərinin sintezi, onların iştirakında sintetik polialfaolefin baza yağlarının alınması və seçici həlledici kimi istifadə etməklə neft fraksiyalarının təmizlənməsi sahəsində tədqiqatlar aparılmışdır.

Sintez edilmiş polialfaolefin yağ fraksiyaları kifayət qədər yüksək özlüluk, özlülük indeksi, aşağı doymamışlıq və donma temperaturu, oksidləşməyə qarşı stabillik və aşağı buxarlanma göstəriciləri ilə xarakterizə olunurlar. Sintez olunmuş polialfaolefin yağ fraksiyaları və müxtəlif özlülüklü mineral yağları əsasında yüksək özlülüklü yarımsintetik baza motor yağlarının və sənaye yağlarının alınmasının mümkünlüyü müəyyən edilmişdir.

Neft fraksiyalarının, o cümlədən müxtəlif yağ və yanacaq fraksiyalarının aromatik karbohidrogenlərdən, kükürdlü və qatran birləşmələrdən təmizlənməsində sintez edilmiş neytral xarakterli ion maye tərkiblərin seçici həlledici kimi tətbiqi sahəsində aparılmış tədqiqatlar nəticəsində onların ekstragent kimi istifadəsinin iqdisadi baxımdan səmərəli və ekoloji baximdan perspektiv olduğu göstərilmişdir. Alınmış nəticələrə əsaslanaraq bu prosesin sənaye miqyasında tətbiqinə tövsiyyələr verilmiş, təcrübə sənaye zavodunda transformator yağ distillatının ion-maye tərkiblə seçici tənzimlənməsi həyata keçirilmişdir.

Bundan əlavə yüksək molekullu birləşmələr kimyasının perspektiv istiqamətlərindən biri olan, struktur quruluşu, molekul kütlə paylanması tənzimlənmiş, yüksək fiziki-mexaniki göstəriciləri, istismar xassələri ilə fərqlənən polimer və birgəpolimerlərin “canlı” radikal mexanizmi ilə sintezi sahəsində tədqiqatlar aparılaraq stabil sərbəst radikal -4-karboksiamid, 2,2,5,5-tetrametilpirrolin-1 oksil iştirakında stirolun radikal polimerləşməsi və metakril turşusunun bəzi efirləri ilə tənzimlənən mexanizmlə birgəpolimerləşməsi reaksiyaları tədqiq olunmuş və aşağı polidisperslik göstəricisi ilə xarakterizə olunan polimer məhsulların, o cümlədən blok birgəpolimerlərin alınma şəraiti müəyyən edilmişdir.

Katalitik krekinq prosesində alınan qazoyl fraksiyası əsasında superplastifikatorun alınması sahəsində tədqiqatlar davam etdirilərək təcrübə sənaye zavodunda superplastifikatorun toz halında alınması prosesi həyata keçirilmişdir.

Elmi əsərlərinin adları

1. Ибрагимова М.Д ., Самедова Ф.И.,Гасанова Р.З., Азмамедов Н.Г., Эйвазов Э.З. Синтез олигооктеновых и олигодеценовых масел в присутствии хлоралюминатных ионных жидкостей // Нефтехимия 2007,№1, Т. 47,c. 64-67

2. Ибрагимова М.Д., Азизов А.Г., Гаджиева Т.А. и др. Синтез олигомеров и соолигомеров регулируемой молекулярной массы и структуры методами радикальной и ионно-жидкостной олигомеризации // Доклады НАНА, 2009, №6, с.70-78

3.Ибрагимова М.Д., Азизов А.Г., Самедова Ф.И., Мамедов.Р.Б. Ионные жидкости в процессах экстракции нефтяных фракций // Нефтепереработка и Нефтехимия, 2010, № 11, с. 26-29

4. Azizov A.H., Aliyeva R.V., Kalbaliyeva E.S, Ibrhimova M.C. Selective synthesis and mechanism of formation of oligoalkylnapthenic oils by oligocyclization of hexane in the presence of ionic-liquid catalysts. // Journal of Applied Catalysis A: General 375(2010), p.70-77.

5. Ибрагимова М.Д., Азизов А.Г., Самедова Ф.И., Нагиев В.А., Мамедов Р.Б. Перспективность применения ионных жидкостей в процессах селективной очистки нефтяных фракций. Перспективные направления исследований в области нефтепереработки и нефтехимии (Сборник обзорных статей ИНХП НАНА) Баку“Элм”, 2013,462 C./ c.86-121

6. Ибрагимова М.Д., Азизов А.Г., Мамедова П.Ш., Ибрагимова Т.А., Юсифзаде Ф.Ю., Дадашева С.Д. Исследование Cu содержащих композитов на основе сополимеров стирола с бутоксиметилметакрилатом регулируемой структуры в качестве антимикробных присадок к синтетическим маслам. // Мир нефтепродуктов. Вестник нефтяных компаний. 2014, №2, c.22-24

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti 

- NKPİ Elmi Şuranın üzvü;

- NKPİ-nin nəzdində fəaliyyət göstərən “Neftkimyası”, “Kimya texnologiyası və mühəndisliyi”, “Neft-qaz-daş kömür emalı və texnologiyası”, “Qaz emalı proseslərinin kimyası və texnologiyası” ixtisasları üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.031 Dissertasiya Şurasının elmi katibi;

- “Neft kimyası və neft emalı prosesləri” jurnalının redaksiya heyətinin üzvü.

Təltif və mükafatları

1. Tərəqqi medalı

2. Ümumittifaq D.İ.Mendeleyev adına Kimya cəmiyyətinin diplomu

Əsas iş yeri və ünvanı

AMEA Neft-Kimya Prosesləri İnstitutu,  Azərbaycan Respublikası, AZ1025, Bakı şəhəri, Xocalı prospekti, 30

Vəzifəsi Laboratoriya müdiri
Xidməti tel. (+994 12) 4965894
Mobil tel. (+994 55) 7019046
Ev tel. (+994 12) 4325533 
Faks (+994 12) 4903520
Elektron poçtu

minaver-ibrahimova@rambler.ru