Veb-sayt www.shura.ict.az  
Ünvan AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30   
Tel. (+994 12) 4925945 
Faks (+994 12) 4926670  
Elektron poçtu coordination@science.az 
Sədr Ramiz Ənvər oğlu Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
Şuranın sədr müavini Dilqəm Bəbir oğlu Tağıyev -  Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
Şuranın məsul katibi Əminağa Bəhmən oğlu Sadıqov  - Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Şuranın üzvləri İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik

Nərgiz Paşayeva - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

Rasim Əliquliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

Arif Paşayev - Milli Aviasiya Akademiyasının rektoru, akademik

Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik

İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik

Fuad Əliyev - Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik

Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik

Rəfail Mirzəyev - Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini

Rahim Əliyev - Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Rauf Hacıyev - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya elmləri doktoru

Sevinc Həsənova - Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Firudin Qurbanov - Azərbaycan Respublikası Təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Elçin Zeynalov - Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru

Elmir Vəlizadə - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Rövşən Əhmədov - Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri

İqbal Babayev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika elmləri doktoru

Heydər Piriyev - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant

Ceyhun Salmanov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Balarəhim Quliyev - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Rövşən Rüstəmov - “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

Yaranma tarixi  20 fevral 2018-ci il
Əsas fəaliyyət istiqamətləri

- ölkədə təbiət, texnika, humanitar və ictimai elmlər sahəsində fundamental və tətbiqi tədqiqatların istiqamətlərinin və əsas problemlərinin müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə tədqiqatların həyata keçirilməsinə nəzarət edilməsi;

- elmi müəssisə və təşkilatların təklifləri əsasında elmi tədqiqat işlərinin cari və uzunmüddətli planlarının hazırlanmasının təşkil edilməsi;

- mühüm elmi-texniki problemlərin həlli, elm və texnikanın nailiyyətlərinin geniş tətbiq edilməsi üçün vacib işlərin planlarının və kompleks tədbirlərin hazırlanması və onların təsdiq edilməsi;

- elmi tədqiqat işlərinin icra vəziyyətinin təhlili və tədqiqatların elm sahələri və problemlər üzrə inkişafının üstün istiqamətlərinin müəyyən edilməsi;

- əsas istiqamətlər və problemlər üzrə elmi tədqiqatların yerinə yetirilməsi və onların inkişafı ilə bağlı məsələlərin müzakirəsi;

- elmi işlərin planlaşdırılması və əlaqələndirilməsi sahəsində dünya təcrübəsinin öyrənilməsi və tətbiqi;

- elmi istiqamətlərə və həmin istiqamətlərə aid elmi problemlər üzrə elmi şuraların fəaliyyətinə elmi-metodiki rəhbərliyin həyata keçirilməsi;

- elmi tədqiqatların maliyyə və maddi-texniki təminatının mənbələrinin və vasitələrinin müəyyən edilməsi.

Şura elmi tədqiqat işlərinin əlaqələndirilməsinə, ayrı-ayrı elmi problemlərə, həmçinin elmi tədqiqat işlərinin yerinə yetirilməsinin yekun nəticələrinə və onların tətbiqinə həsr olunmuş simpoziumların, konfransların, seminarların və sessiyaların keçirilməsini təşkil edir.