Veb-sayt www.ameanb.nakhchivan.az www.ameanb.nmr.az

Bölmənin ünvanı AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 76    
Tel. (+994 36) 5446580
Faks (+994 36) 5454622
Elektron poçtu

ismayil_haciyev@yahoo.com

Bölmənin yaranma tarixi

Elmin inkişafını daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında 1003 №-li tarixi sərəncam imzalamışdır. Qeyd olunan sərəncama müvafiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 elmi tədqiqat institutu–Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; Təbii Ehtiyatlar İnstitutu; Bioresurslar İnstitutu; Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində Naxçıvan Bölməsi üçün iki üçmərtəbəli bina ayrılmışdır. 2005-ci ildə Bölmənin Bioresurslar İnstitutunun müasir tələblərə cavab verən binası, 2010-cu ildə isə İnstitutun Biokimyəvi Tədqiqatlar laboratoriyasının binası istifadəyə verilmişdir. Ötən dövr ərzində Bölmənin Batabat Astrofizika Rəsədxanası üçün yeni bina tikilmiş, “Nəbatat bağı” yenidən qurulmuş, Bölmə Beynəlxalq İnternet Şəbəkəsinə qoşulmuş, elektron kitabxana və 4 elektron portal yaradılmışdır.

2005-ci ildə Bölmədə “Tusi” adlı nəşriyyat fəaliyyətə başlamış və ilk olaraq Gəmiqaya ilə bağlı xüsusi nömrə çapdan çıxmışdır. Ötən dövr ərzində iki seriyada nəşr olunan Bölmənin “Xəbərlər” jurnalının 50 nömrəsi, “Axtarışlar” jurnalının isə 26 nömrəsi işıq üzü görmüşdür. Bölmədə Naxçıvanın tarixi, etnoqrafiyası, arxeologiyası, ədəbiyyatı, folkloru, bioresursları, təbii ehtiyatlarının araşdırılmasında elmi istiqamətlər müəyyən edilmiş müvafiq profillərə uyğun elmi-tədqiqat işləri yerinə yetirilərək mühüm nəticələr əldə olunmuşdur. Bölmənin 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələr ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvanın folkloru antologiyası”, 2 cilddə Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”,  “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının fövqəlada hallar atlası”,(üç dildə) “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas kimi fundamental nəşrləri  işıq üzü görmüşdür. Ümumiyyətlə, Bölmənin fəaliyyəti dövründə əməkdaşların 180 monoqrafiyası, 187 kitabı, 21 metodik vəsaiti, 6875 elmi məqaləsi, 202 tezisi, 17 xəritəsi, 3 atlası çap olunmuşdur. Bölmə əməkdaşları 5 tövsiyə, 37 buklet hazırlamış, 28 patent almışlar. Əsərlərdən 16 monoqrafiya, 18 kitab, 1468 məqalə, 64 tezis xaricdə çapdan çıxmışdır. Ötən fəaliyyət dövründə Bölmə əməkdaşları 3-ü Beynəlxalq olmaqla 20 qrant layihəsinin qalibi olmuşlar. Ötən dövr ərzində AMEA-nın Naxçıvan Bölməsində fəaliyyət göstərən Dissertasiya Şurasında 13 elmlər doktoru, 74 fəlsəfə doktoru dissertasiyasının müdafiəsi müvəffəqiyyətlə keçirilmişdir.

Bölmənin sədri

Akademik İsmayıl Muxtar oğlu Hacıyev

(+994 36) 5446580

(+994 50) 2117658

ismayil_haciyev@yahoo.com

Bölmənin elmi katibi

Əkrəm Rüfət oğlu Hüseyzadə

(+994 36) 5451680

Mob. tel.:  (+994 50) 3407322 

ekrem.h@mail.ru

Rəyasət Heyətinin üzvləri

Akademik İsmayıl Muxtar oğlu Hacıyev

Akademik Tariyel Hüseynəli oğlu Talıbov

Müxbir üzv Hacıfəxrəddin Yəhya oğlu Səfərli

Müxbir üzv Əbülfəz Aman oğlu Quliyev

Müxbir üzv Əliəddin Dəyyan oğlu Abbasov

Müxbir üzv Vəli Baxşəli oğlu Baxşəliyev

Müxbir üzv Məhərrəmov Saleh Heydər oğlu

Bölməyə daxil olan elmi tədqiqat müəssisələri

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu

Təbii Ehtiyatlar İnstitutu

Bioresurslar İnstitutu

Əlyazmalar Fondu

Batabat Astrofizika Rəsədxanası

Bölmənin tərkibində olan təşkilatlar

Mərkəzi Elmi Kitabxana

“Tusi” nəşriyyatı

Arxeologiya və Etnoqrafiya muzeyi

Mərkəzi Elmi Arxiv

Nəbatat bağı

Seysmoloji Xidmət Mərkəzi

Distant Təhsil Mərkəzi

Şöbələr Elmi-təşkilat şöbəsi

Təhsil və Kadrlar şöbəsi

İnformasiya şöbəsi

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

Gözəl Sultan qızı Qənbərova 

Orxan Rza oğlu Bağırov

Emin Arif oğlu Şıxəliyev

Günel Aslan qızı Məmmədova

Zülfiyyə Hüseyn qızı İsmayıl

Əlövsət Səfər oğlu Dadaşov

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

 -       üzvləri



Əkrəm Rüfət oğlu Hüseynzadə

Günel Aslan qızı Məmmədova

Günel Mirhəşim qızı Seyidzadə